ABŞ-da atışma olub, ölənlər var Dünya

ABŞ-da atışma olub, ölənlər var

ABŞ-ın Şimali Karolina ştatının Şarlotte şəhərində atışma olub.

Trend xəbər verir ki, hadisə nəticəsində 3 zabit həlak olub, 5 polis yaralanıb.

Hadisə polislər şübhəli şəxsə qanunsuz odlu silah gəzdirməyə görə həbs orderi təqdim edərkən baş verib.

Polislər şübhəli şəxsin evinə yaxınlaşarkən içəridən atəş açılıb. Hadisə zamanı şübhəli şəxs öldürülüb.