Qazaxıstanda keçmiş nazir saxlanılıb Dünya

Qazaxıstanda keçmiş nazir saxlanılıb

Qazaxıstanın keçmiş daxili işlər naziri Yerlan Turqumbayev tutulub.

Trend xəbər verir ki, Qazaxıstan Baş Prokurorluğu məlumatı təsdiqləyib.

Məlumata görə, Turqumbayev Qazaxıstan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 128-ci maddəsinə əsasən ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə aprelin 29-da saxlanılıb.

Cinayət işində dövlət sirri təşkil edən məlumatların mövcudluğunu nəzərə alaraq, digər məhkəməyəqədər istintaq məlumatları açıqlanmayıb.