HƏMAS-la əsir mübadiləsi barədə razılıq olunmazsa, İsrail Rəfaha quru hücumu başladacaq - KİV Dünya

HƏMAS-la əsir mübadiləsi barədə razılıq olunmazsa, İsrail Rəfaha quru hücumu başladacaq - KİV

İsrail HƏMAS-la əsir mübadiləsi barədə razılıq əldə etməsə, Rəfaha quru hücumu başladacaq.

Trend xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

KİV-in məlumatına görə, İsrail hökuməti qarşıdakı 48-72 saat ərzində HƏMAS-la əsir mübadiləsinə dair razılaşma əldə olunmayacağı təqdirdə, Rəfaha quru hücumunu başladacaq.
Qeyd olunub ki, İsrail ordusu Rəfaha hücum üzrə hazırlığı başa çatdırıb. İsrail ordusunun baş qərargah rəisi, general-leytenat Herzi Halevi aprelin 29-da əməliyyat planını təsdiqləyib.