Sankt-Peterburqda sərnişin avtobusu körpüdən çaya düşüb, xilasetmə işləri aparılır - FOTO Dünya

Sankt-Peterburqda sərnişin avtobusu körpüdən çaya düşüb, xilasetmə işləri aparılır  - FOTO

Rusiyanın Sankt-Peterburq şəhərində sərnişin avtobusu körpüdən çaya düşüb.

APA xəbər verir ki, avtobus Potseluev körpüsü üzərində iki avtomobillə toqquşduqdan sonra idarəetmədən çıxıb, kənar sədləri qıraraq Moyka çayına düşüb.

Kənardan keçən vətəndaşlar avtobusdakı insanları xilas etməyə çalışır.

Bir neçə nəfər avtobusdan çıxarılaraq, huşsuz vəziyyətdə xəstəxanaya aparılıb.

Avtobusda 20 nəfərin olduğu bildirilir.

Sankt-Peterburqda sərnişin avtobusu körpüdən çaya düşüb, xilasetmə işləri aparılır - VİDEO  - FOTO