Moskva məhkəməsi “yalnız slavyanlar üçün” qeydi ilə elanların yayılmasını qadağan edib Dünya

Moskva məhkəməsi “yalnız slavyanlar üçün” qeydi ilə elanların yayılmasını qadağan edib

Moskvanın Solntsevski Məhkəməsi mövcud vakansiyalar haqqında “yalnız slavyanlar üçün” qeydi ilə elanların yayılmasını qadağan edib.

APA-nın Rusiya bürosu xəbər verir ki, birinci instansiya məhkəməsi “yalnız slavyanlar üçün” qeydi ilə elanların yayılmasını qadağan edib.

Məhkəmə qeyd edib ki, bu cür elanlar qanunsuzdur və dövlətin və cəmiyyətin maraqlarını pozur.