“Gürcüstan seçim etməli və radikal addımlar atmalıdır” Dünya

“Gürcüstan seçim etməli və radikal addımlar atmalıdır”

“Gürcüstanla Rusiya arasında danışıqlar başlasa da, proses Tbilisi üçün çətin və ağrılı keçəcək”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Turan Rzayev deyib: “Yəni Kremlin təkliflərini qəbul etmək Gürcüstana ərazi bütövlüyünü təmin etmək şansını versə də, Qərbə inteqrasiyanı birdəfəlik bitirə bilər. Bundan başqa, Rusiya ilə münasibətlərin normallaşması, habelə danışıqların başlanması mövcud hakimiyyətə qarşı ciddi etirazlara gətirib çıxarar.
Gürcüstan indiki məqamda seçim etməli və radikal addımlar atmalıdır. Yəni Tbilisi ya ərazi bütövlüyünü bərpa etmək üçün Rusiya ilə danışıqlara başlamalı, ya da Qərbə inteqrasiyaya davam etməlidir.
Bütün hallarda Gürcüstan Rusiyanın etimadını itirib. Buna görə də Abxaziya və Cənubi Osetiya münaqişəsinin həlli güzəşt və dəyişikliklərlə baş tuta bilər”.