"Maydan hadisələri Gürcüstanda təkrarlana bilməz" Dünya

"Maydan hadisələri Gürcüstanda təkrarlana bilməz"

"Mən hər kəsə demək istəyirəm ki, Maydandakı vəziyyət Gürcüstanda təkrarlana bilməz - bizim diqqət etməli olduğumuz ən vacib şey ölkəmizin müstəqilliyidir, çünki ölkəmizin maraqlarının müdafiəsi üçün bizdən başqa heç kim məsuliyyət daşımayacaq".

Bu fikirləri Baş nazir İrakli Kobaxidze jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukrayna 2013-cü ilə qədər ərazi bütövlüyünə malik dövlət olub, lakin bu gün ölkə çöküb və heç kim buna görə məsuliyyət daşımır.

“Mən hər kəsə demək istəyirəm ki, Maydandakı vəziyyət Gürcüstanda təkrarlana bilməz. Maydanın Ukrayna üçün nəicələrindən bəhs etmək istəyirəm . O zaman Ukrayna hökuməti faktiki olaraq kənardan təyin olunmuşdu və sonda kim hökuməti kənardan təyin etdisə, Ukraynada baş verən hadisələrin məsuliyyətini öz üzərinə götürmədi. 2013-cü ilə qədər Ukrayna ərazi bütövlüyünə malik, 200 milyard dollarlıq iqtisadiyyata sahib dövlət idi və bu gün ölkə dağılıb, ölkə iqtisadiyyatı bu qədər ildən sonra keyfiyyətcə azalıb, ölkə ərazilərinin 20 faizi işğal olunub, minlərlə insan öldü və bunun məsuliyyətini kim üzərinə götürdü? Bunun üçün heç kim məsuliyyət daşımır. Ona görə də qayğı göstərməli olduğumuz ən vacib şey ölkəmizin müstəqilliyidir, çünki ölkəmizin mənafeyinin müdafiəsi üçün başqa heç kim məsuliyyət daşıya bilməz. Bunu bizə ən yaxşı Ukrayna nümunəsi göstərdi, ona görə də biz ölkəmizin, dövlətimizin müstəqilliyinə diqqətli olmalıyıq”, - İrakli Kobaxidze qeyd edib.

Cavid