Putin: "ABŞ-dən tam asılılıq Avropa üçün əsas təhlükədir" Dünya

Putin: "ABŞ-dən tam asılılıq Avropa üçün əsas təhlükədir"

"ABŞ-dən kritik, demək olar ki, tam asılılıq Avropa üçün əsas təhlükədir".

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə bildirib.

Onun sözlərinə görə, Avropa siyasətçiləri öz vətəndaşlarından çox Vaşinqtonun gözündən düşməkdən qorxurlar.

Rusiya Prezidenti, həmçinin əlavə edib ki, avropalı siyasətçilər ABŞ-nin təzyiqlərini, qalmaqallarını, onları gizlicə izləmələrini və bahalı Amerika qazının alınmasını həzm edirlər.