23 İyul 2024 14:50
2 597
Rusiya Dövlət Duması narkotik vasitələrin təbliğatını qadağan edən qanunu təsdiqləyib.
APA-nın RİA “Novosti”yə istinadən xəbər verir ki, sənəddə bu qəbildən olan maddə, psixotrop xarakterli dərman preparatları və ya onların prekursorlarının kütləvi informasiya vasitələrində təbliği, eləcə də açıq şəkildə nümayiş etdirilməsi qadağan olduğu göstərilib.
Layihəyə əsasən, ədəbiyyat və incəsənət nümunələri bədii təxəyyül məhsulları hesab olunduğundan bu qanunun təsir dairəsinə daxil deyil.
6 İyun 11:39
1 505
6 İyun 09:56
1 512
6 İyun 09:54
1 323