NATO Avropa hava məkanında reydləri gücləndirir Dünya

NATO Avropa hava məkanında reydləri gücləndirir

NATO Baltikyanı ölkələr, Polşa və Rumıniyanın hava məkanında patrul reydlərinin gücləndirilməsinə dair qərar verib. APA-nın "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın mətbuat-xidməti məlumat yayıb.
"NATO-nun hava polis missiyası 4 aylıq rotasiya əsasında sutkanın 24 saatı və həftənin 7 günü ərzində Alyansın hava məkanının təhlükəsizliyini və bütövlüyünü qoruyur. Adətən, hər rotasiyada bu vaxtadək 4 qırıcı iştirak edirdi, lakin, Ukraynada böhran başlayandan NATO-nun iştirakı təyyarələrin sayının artırılması ilə genişləndirilib", deyə açıqlamada bildirilir.
"Bu addımlar NATO-nun razılaşdırılmış tədbirləri çərçivəsində, Mərkəzi və Şərqi Avropadakı müttəfiqləri sakitləşdirmək məqsədilə atılıb", deyə mətbuat xidməti qeyd edib.