İraq İslam Müqaviməti İsrailə hücum edib Dünya

İraq İslam Müqaviməti İsrailə hücum edib

İraq İslam Müqaviməti şiə qruplaşması cümə günü üçü ölkənin cənubunda, biri isə Colan təpələrində olmaqla İsraildəki "həyati hədəflərə" qarşı dörd pilotsuz təyyarə hücumu həyata keçirib.

Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

İsrail mediası cümə günü xəbər verib ki, qırıcı təyyarələr şərqdən Qırmızı dəniz üzərindən atılan iki pilotsuz uçan aparatı ələ keçirib, lakin onları hansı ölkə və ya qrupun atdığı dəqiqləşdirilməyib.

Cavid