“Türkiyənin F-35-ə qayıdışı strateji balans tələb edir”
13 Dekabr 20:31
13 Dekabr 20:31
13 Dekabr 20:29
12 Dekabr 15:40
17 Noyabr 2024 20:17
2 471
Argentina vergi və ətraf mühitlə bağlı müddəalarla razılaşmadığı üçün Braziliyada keçirilən İyirmilik Qrupunun (G20) sammitinin yekun kommünikesini bloklamaqla hədələyir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Britaniyanın Financial Times (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
"Argentina hökuməti Braziliyada keçirilən G20 zirvə toplantısını köhnə və yeni qüvvələr arasında mübarizəyə çevirmək istəyir" – Bu barədə Braziliya rəsmilərindən biri qəzetə deyib.
Onun sözlərinə görə, bir illik vergi danışıqları və konsensusdan sonra onlar əvvəl razılaşdıqları yerdə problemlər yaradırlar.
Qeyd olunur ki, Buenos-Ayresin etirazları “ən varlı vətəndaşların vergiyə cəlb edilməsi və gender bərabərliyi” məsələlərinə aiddir.
FT vurğulayıb ki, diplomatlar həmçinin iqlim dəyişikliyi və beynəlxalq siyasi məsələlər, o cümlədən Ukrayna münaqişəsi və Yaxın Şərqdəki vəziyyətlə mübarizə üçün layihələrin maliyyələşdirilməsində konsensusa nail olmağa çalışırlar. Nəşrin məlumatına görə, tərəflər bu mövzuların müzakirəsində irəliləyiş əldə ediblər.
12 Dekabr 23:14
2 107
12 Dekabr 22:22
1 967
12 Dekabr 21:15
2 240