Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
19 Noyabr 2024 19:36
2 513
Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 sammitində Fransa Prezidenti Emmanuel Makronla əl sıxışması barədə açıqlama verib.
Xalqcebhesi.az Musavat.com-a istinadən məlumat verir ki, Lavrov bu jesti “tamamilə normal” adlandırıb və insan münasibətləri baxımından bu cür davranışın adi olduğunu bildirib.
Nazir, Qərb ölkələri ilə Rusiya arasında mövcud dərin fikir ayrılıqlarına baxmayaraq, belə bir jestin qeyri-adi olmadığını vurğulayıb. Lakin Lavrov Avropa liderlərinin rus nümayəndələrini görəndə onları görməzdən gəlməsini daha qəribə bir davranış kimi dəyərləndirib:
“Avropalı liderlərin dəhlizlərdə və ya kuluarlarda bizi görəndə uzaqlaşması daha qeyri-normal haldır”.
Bu açıqlama, Rusiya ilə Qərb arasında artan gərginlik fonunda beynəlxalq səhnədə geniş müzakirələrə səbəb olub. Lavrovun sözləri, Moskvanın Qərb ölkələrinin Rusiya ilə bağlı sərgilədiyi mövqeyə ironik yanaşması kimi də qiymətləndirilir.
24 Oktyabr 22:16
1 064
24 Oktyabr 21:24
1 120
24 Oktyabr 20:24
1 078