
Avstraliyada köpək balığı dəhşəti: Sörfçü həyatını itirdi
6 Sentyabr 17:55
6 Sentyabr 17:55
6 Sentyabr 17:49
6 Sentyabr 13:59
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Keçmiş Almaniya kansleri Angela Merkel (2005-2021-ci illərdə bu vəzifədə olub) xatirələrində etiraf edib ki, Rusiya prezidenti Vladimir Putinlə bağlı onu təəccübləndirən şey, ilk növbədə, onun öz haqlılığına inamı olub.
Die Zeit qəzeti Merkelin kitabından bir neçə parçanı dərc edib.
Keçmiş kansler Putinin 2007-ci ildə Münhen Təhlükəsizlik Konfransında söylədiyi məşhur çıxışını xatırlayır: “Məni ilk növbədə heyrətləndirən dünyada o vaxtkı reallıqları və təhlükələri, eləcə də müasir siyasətdə birqütblü modelin qəbuledilməzliyini nəzərə alaraq onun özünəinam hissi idi”.
Merkel qeyd edib ki, o, “Putinin səsləndirdiyi bəzi müddəaları tamamilə yanlış hesab etmir”. O, misal kimi onun ABŞ-ın İraqdakı müharibəsini tənqid etməsini göstərib. “Münhendəki çıxışı zamanı Putin özünü mənim onu tanıdığım kimi göstərdi: həmişə ayıq-sayıq olan bir adam”.
Keçmiş kansler eyni zamanda vurğulayıb ki, “Rusiya dünya xəritəsindən silinməyəcək”.
Cavid