7 Sentyabr 16:15
7 Sentyabr 14:52
Pentaqon İran yaxınlığında böyük bir taktiki hava qruplaşması saxlayır
Tramp: İranla münaqişədən sonra ABŞ-də neft kəskin ucuzlaşacaq
Tehrandan Vaşinqtona sərt xəbərdarlıq: Hörmüz boğazı tam bağlana bilər
ABŞ İrana qarşı dəniz blokadasını bərpa etdikdən sonra 94 gəminin istiqamətini dəyişdirib
ABŞ Silahlı Qüvvələri Sakit okeanda narkokartelə xidmət edən gəmini batırıb
22 Noyabr 2024 08:11
2 562
Kreml sahibi Vladimir Putin ABŞ və Böyük Britaniya raketləri ilə Rusiya ərazisinə zərbələr endirilməsinin Rusiya-Ukrayna müharibəsini regional qarşıdurmadan qlobal qarşıdurmaya çevrildiyini bidirib. Haqlıdır, ancaq bu haqda Ukraynaya qarşı müharibəyə başlamadan əvvəl düşünmək lazım idi.
"Xalq Cəbhəsi" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Putinin sözlərinə görə, Rusiya ərazisini hədəf alan raketlər məhz amerikalı hərbçilər tərəfindən idarə olunur, çünki ukraynalı hərbçilər həmin raketləri idarə edə bilməzlər:
"Putin bu məsələdə də haqlı ola bilər. Ancaq yenə eyni sual yaranır: İkinci Dünya Müharibəsindən sonra ilk dəfə Rusiya ərazisində niyə partlayışlar baş verir?
Vladimir Putin televiziya çıxışında “təcavüzkar hərəkətlərin eskalasiyası halında biz də qətiyyətlə və qarşılıqlı şəkildə cavab verəcəyik” ifadəsini işlədib.
Ancaq Putin təxminən 8 dəqiqəlik çıxışının heç bir yerində “nüvə silahı” ifadəsi işlətməyib. Kreml sahibi bununla nüvə müharibəsi təhlükəsinin miqyasını anladığına və bundan çəkinəcəyinə işarə edib. O danışıqlardan imtina etmədiyi fikrini bir daha xatırladıb. Buna rəğmən, tərəflər bir-birlərinə uzaq mənzilli raketlərlə zərbələr endirməkdə davam edəcəklər".
Politoloq vurğulayıb ki, hazırda gərginliyin artmasında Ukrayna maraqlı görünür, Kiyev Rusiya ərazisini ABŞ və Böyük Britaniya raketləri ilə vurduqca Kremlin Vaşinqton və Londonla qarşıdurması artır:
"Kiyev bununla müharibəni Putinin də dediyi kimi qlobal müstəviyə keçirir".
Cavid