
“Ailə həkimliyi – sağlam cəmiyyətin açarıdır”
21 Oktyabr 22:37
21 Oktyabr 22:37
21 Oktyabr 18:51
21 Oktyabr 15:49
Amerikalı sahibkar və milyarder İlon Mask Almaniyanın keçmiş kansleri Angela Merkelin onu tənqid etməsinə təhqiramiz cavab verib.
Siyasətçi daha əvvəl Spiegel-ə müsahibəsində bildirmişdi ki, Mask kosmosdakı bütün peyklərin 60 faizinə sahibdir. Onun sözlərinə görə, milyarderin siyasi baxışları ilə birləşən bu vəziyyət narahatlıq doğurur.
"Bu Angela Merkin kimdir?”, – sahibkar X sosial şəbəkəsindəki səhifəsində yazıb (əvvəllər Rusiya Federasiyasında bloklanıb). RİA Novosti-nin aydınlaşdırdığı kimi, Mask “merkin” ifadəsini məqsədli şəkildə işlədib. Bu, seks sənayesində intim parik üçün istifadə edilən sözdür.
Bu arada Bloomberg bu yaxınlarda İlon Maskın öz rekordunu yenilədiyini və yenidən dünyanın ən zəngin insanı olduğunu bildirdi. Onun sərvəti 347,8 milyard dollar qiymətləndirilir.
Cavid