

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası yeni diplomatik təkan çərçivəsində Şimali Koreya lideri Kim Çen Inla birbaşa danışıqların aparılması imkanını nəzərdən keçirir.
Bu barədə “Reuters“ agentliyi məlumat yayıb.
Məlumatda həmçinin qeyd olunur ki, bu səylər silahlı qarşıdurma riskini azalda bilər.
Agentliyin mənbələri vurğulayıb ki, Trampın əsas məqsədi Vaşinqton və Pxenyan arasında əsas kommunikasiya kanallarını bərpa etməkdir. Lakin gələcək siyasi əlaqələr və onların qrafiki hələ qurulmayıb.
Materialda həmçinin deyilir ki, Şimali Koreya ilə birbaşa məsləhətləşmələrin təşkili Vaşinqtonun Yaxın Şərq və Ukraynadakı problemləri səbəbilə arxa plana keçə bilər.