

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Ötən ilin avqustundan Pakistanda həbsdə olan keçmiş baş nazir İmran Xanın çağırışı ilə təşkil edilən nümayişlərin sayı artıb.
İ.Xanın sərbəst buraxılmasını tələb edən etirazçıların qadağaya baxmayaraq paytaxt İslamabadda küçələrə çıxmasından sonra polislə toqquşmalarda həyatını itirənlərin sayı 6-sı təhlükəsizlik qüvvələri olmaqla 14-ə yüksəlib.
Xalqcəbhəsi.az Türkiyənin “hurriyet.com.tr” saytına istinadən şiddətli toqquşmalar İ.Xanın partiyası olan Pakistan Ədalət Hərəkatının (PTI) yüksək vəzifəli şəxslərinin və tərəfdarlarının küçələrdən geri çəkilməsi ilə başa çatıb. Partiyadan verilən açıqlamada “Hökumətin vəhşiliyi və paytaxtı silahsız mülki vətəndaşlar üçün “qəssabxana”ya çevirmək planları səbəbilə dinc aksiyalarımızı müvəqqəti olaraq dayandırdığımızı elan edirik” deyə bildirilir.
Qeyd edək ki, etirazlarda yüzlərlə insanın saxlanıldığı bildirilir.