

26 İyul 17:06
26 İyul 16:56
25 İyul 18:00
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Fələstin Xalqı ilə Beynəlxalq Həmrəylik Günü münasibətilə sosial şəbəkədə paylaşım edib.
Xalqcəbhəsi.az xəbər verir ki, bu haqda Türkiyənin “hurriyet.com.tr” saytı xəbər paylaşıb.
Ə.Ərdoğan paylaşımında qeyd edib ki, Fələstin sadəcə coğrafiya deyil, gələcəyə ümidlə və bəşəriyyətin ortaq vicdanı ilə baxan müqavimətin adıdır: “Torpaqlarında yüksələn zeytun ağacları kimi Fələstin xalqının da kökü möhkəmdir, ümidləri göylərə uzanır. Onların mübarizəsi haqsızlıq qarşısında əyilməyənlərin, zülmlə sınananların dastanıdır. Biz tarix boyu olduğu kimi, bu gün də onların haqlı davasının yanındayıq. Bu həmrəylik sadəcə söz deyil, paylaşılan bir insanlıq mirasının ifadəsidir. Ümid edirəm ki, Fələstin Xalqı ilə Beynəlxalq Həmrəylik Günündə bütün dünya ədalət və vicdan ətrafında birləşəcək”.