“ABŞ dominant, Rusiya güclü”
26 Dekabr 21:04
26 Dekabr 21:04
26 Dekabr 20:22
26 Dekabr 19:20
26 Dekabr 19:03
29 Noyabr 2024 17:03
3 724
“Gürcüstan dövlətçiliyinin gələcəyi baxımdan çox təhlükəli bir vəziyyət yaranıb. Çünki kəskin qütbləşmə davam edir və antaqonist xarakter alır. Bir-biri ilə geosiyasi mübarizə içərisində olan qüvvələrin Gürcüstan üzərindəki hesablaşma mərhələsi başlayıb".
Bunu Xalqcebhesi.az-a açıqlamasında politoloq Telman Nüsrətoğlu deyib.
O qeyd edib ki, bir tərəfdən İvanişvili cəbhəsi daha çox Avropa İttifaqı ilə münasibətləri çərçivələndirərək Rusiya ilə münasibətlərini normallaşdırmaq siyasəti izləyir: "Müxalifət isə nə qədər parçalanmış, bölünmüş vəziyyətdə olsa da, o daha çox Qərbə istiqamət almış bir qüvvədir. Burada, əlbəttə, Qərbin bölgə ilə bağlı imperial hədəfləri var. Söhbət bütövlükdə Qərbdən gedir, amma Avropa İttifaqının bura ilə bağlı daha fərqli bir hesabları vardı. Yəni zamanında cənab Prezident ifadə etmişdi ki, Avropa burada ayrışdırıcı xətlər cızmağa çalışır. Ermənistan və Gürcüstanı Avropaya inteqrasiya etmək siyasəti izləyirdilər. Baxmayaraq ki, Türkiyə yarım əsrdən çoxdur ki, Avropa Birliyinə üzvlük üçün müraciət etmişdi, qmma onu qəbul etmədilər. Hətta Türkiyəyə viza sərbəstliyi belə verilmədi. Amma Gürcüstanda bu asanlaşmalarının hamısını apardılar. Burada da təbii ki, onların bölgə ilə bağlı geosiyasi maraqları əsas rol oyanmışdı. Lakin hazırki durumda Avropa İttifaqı, ümumiyyətlə, yeni dünya nizamı uğrunda gedən mübarizədə geniş coğrafiyalarda təsir imkanlarını itirən bir tərəfdir. Gürcüstan məsələsində də Avropa İttifaqı, yəni Qərb imkanlarını itirməkdədir”.
Röya İsrafilova
26 Dekabr 18:00
1 169
26 Dekabr 17:39
1 155
26 Dekabr 16:24
1 162