Ukraynanın Vinnitsa şəhərində partlayışlar olub
16 Oktyabr 17:33
16 Oktyabr 17:33
16 Oktyabr 14:33
Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
Azərbaycandan olan nümayəndə heyəti Samsun Böyükşəhər Bələdiyyəsinin sədri ilə görüşüb -FOTO
Mərkəzi Bank pul siyasətində süni intellektdən istifadəni genişləndirməyi planlaşdırır
BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib
30 Noyabr 2024 17:40
9 709
“Artıq bir müddətdir ki, biz Gürcüstanda proseslərin daha da gərginləşdiyini görürük. Bu gün vəziyyət yaxşı istiqamətə getmir, Qərb çalışır ki, Gürcüstanda öz hədəflərinə və məqsədlərinə nail olsun. Küçələrdəki qarşıdurmalara Gürcüstan Prezidenti də qoşulub. Bu da yaxşı bir vəd vermir və prosesin gələcəkdə daha da gərginləşəcəyini göstərir”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O bildirib ki, bu gün biz Qərbin daha bir zorakı fəaliyyətini, addımlarını açıq-aydın Gürcüstan nümunəsində görürük: “Yəni onlar bir tərəfdən başqa bir məlumatı qeyd edirlər, demokratiyanı dəstəklədiklərini deyirlər, amma digər tərəfdən isə Gürcüstanda legitim hakimiyyətə qarşı müəyyən addımlar atırlar, tədbirlər görürlər. Ona görə də biz çalışmalıyıq ki, bu istiqamətdə proseslərə öz qiymətimizi verək. Biz uzun müddətdir Qərbin Azərbaycanda bir sıra addımlar atmağa çalışdığını görürük. Hesab edirəm ki, o anlamda da bu proseslər bizim üçün olduqca maraqlıdır. Bu istiqamətdə Azərbaycan öz mövqeyini hər zaman ortaya qoyub, bu gün də qoyur. Biz hər bir məsələyə sivil, mədəni yanaşmanın tərəfdarıyıq. Hesab edirik ki, Qərbin Gürcüstanda etmək istədiyi düzgün bir məsələ, addım deyil. Bu həm də Gürcüstanın daxili işlərinə müdaxilə və qarışmaqdır. Onlar Gürcüstanın daxili işlərinə qarışırlar və müəyyən proseslərin də həyata keçməsinə çalışırlar. Bu, qəbuledilməz bir addım, problem yaradan bir məsələdir. Biz də bu istiqamətdə çalışmalıyıq ki, ölkəmizə təsirlərinin qarşısının alınması üçün müəyyən addımlar ataq və tədbirlər görək”.
Röya İsrafilova
16 Oktyabr 15:59
770
16 Oktyabr 15:50
777
16 Oktyabr 13:55
847