“Dəməşq bununla beynəlxalq ictimaiyyətə göstərməyə çalışır ki…”
4 Sentyabr 17:31
4 Sentyabr 17:31
4 Sentyabr 15:19
2 Dekabr 2024 14:08
2 912
“Qərb sözsüz ki, Gürcüstanda idarə olunan rejim görmək istəyir. Ona görə də demokratiya, demokratik seçkilər, insan hüquqları məsələləri əslində Qərb siyasi dairələrinin əlində bir alətdir”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.
Politoloqun sözlərinə görə, bu gün Gürcüstanda öz milli maraqları çərçivəsində fəaliyyət göstərən hökumət mövcuddur və Gürcüstandakı seçkilər nəticəsində də parlament formalaşdı: “Amma Qərb bu seçkilərin legitimliyini aşkar şübhə altına alır və Gürcüstandakı etiraz aksiyalarını da çox yaxından heç gizlətmədən koordinasiya edir. Biz öncə də gördük ki, bir neçə ölkənin hətta səfirləri də etiraz aksiyalarında iştirak edirdi. Bu da onu göstərir ki, Gürcüstandakı hazırkı müşahidə olunan proseslər kənardan idarə olunur. Məqsəd isə Gürcüstanın daxili işlərinə qarışmaq, Gürcüstanın müstəqil siyasət yürütmək imkanlarını məhdudlaşdırmaqdır. Qərb Gürcüstanda loyal siyasi rejim formalaşdırmaq istəyir ki, gələcəkdə bütövlükdə Cənubi Qafqaz regionunda özünün təsir imkanlarını genişləndirsin. Sözsüz ki, bu, Qərbin təhlükəli bir siyasətidir. Biz növbəti dəfə görürük ki, Qərb, ümumiyyətlə, demokratiya, insan hüquqları amillərini özünün maraqları üçün istifadə edir və bir imitasiya vasitəsi kimi bu amilləri tətbiq etməkdədir”.
Röya İsrafilova
4 Sentyabr 21:03
721
4 Sentyabr 19:49
749
4 Sentyabr 19:13
777