Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Ərgüc Kələntərli ilə görüşüb
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi yol qəzasında ölüb
Gələn ildən Türkiyə və Ermənistan arasında aviareyslərin sayı artırılır
Budanov ABŞ-ın planı üzrə sülhə nail olmaq perspektivlərini nikbin qiymətləndirir
5 Dekabr 2024 12:36
1 862
Çin Tayvana silah tədarükünə görə ABŞ-ın hərbi sənaye kompleksini təmsil edən 13 şirkətə, eləcə də bu müəssisələrin 6 menecerinə qarşı sanksiya tətbiq edib.
Çin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, məhdudiyyətlər 5 dekabr 2024-cü il tarixindən qüvvəyə minir.
Sanksiyaya məruz qalan hüquqi və fiziki şəxslərin aktivləri dondurulur və onlarla iş aparılması qadağandır.
Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, məhdudiyyətlərə məruz qalan liderlərin Çinə girişi qadağandır.
Birləşmiş Ştatlar bu yaxınlarda Çinin Tayvan bölgəsinə silah satışını yenidən elan etdi, bu, Vahid Çin prinsipini və üç birgə Çin-Amerika kommünikesinin müddəalarını ciddi şəkildə pozur”, - Xarici İşlər Nazirliyi bildirib.
Departament qeyd edib ki, ÇXR-in daxili işlərinə ciddi müdaxilə edir, ölkənin suverenliyinə və ərazi bütövlüyünə xələl gətirir.
Cavid