“Avropa İran cəbhəsinə girmir”
19 Mart 23:01
19 Mart 23:01
19 Mart 22:25
19 Mart 21:47
19 Mart 21:43
6 Dekabr 2024 13:16
2 282
Moskvada Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko ilə İran İslam Respublikası xarici işlər nazirini siyasi məsələlər üzrə müavini M.Taxt-Rəvançi arasında məsləhətləşmələr keçirilib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilib ki, ikitərəfli gündəlikdəki cari məsələlər ətrafında hərtərəfli fikir mübadiləsi aparılıb. Rusiya-İran qarşılıqlı fəaliyyətinin ticarət-iqtisadi komponentinə, nəqliyyat və enerji sahələrində iri birgə infrastruktur layihələrinin həyata keçirilməsinə xüsusi diqqət yetirilib.
Müxtəlif səviyyələrdə, ilk növbədə, ən yüksək səviyyədə qarşıdan gələn təmasların qrafiki yoxlanılıb.
Moskva və Tehran arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsi əhval-ruhiyyəsi təsdiqlənib.
19 Mart 21:48
1 232
19 Mart 19:35
1 239
19 Mart 17:27
1 246