İslam dünyasında yeni güclü ittifaq formalaşır
16 Yanvar 21:29
16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
16 Yanvar 17:06
7 Yanvar 2025 20:34
2 002
Fransa prezidenti Emmanuel Makron qalmaqallı açıqlama verib.
Xalqcebhesi.az xəbər verir ki, bu haqda Türkiyənin “sondakika.com” saytı məlumat paylaşıb.
Məlumatda bildirilir ki, Yelisey sarayında səfirlər qarşısında ənənəvi çıxışında Suriyadakı prosesləri dəyərləndirən Makron terror təşkilatı PKK/YPG-yə dəstəklərinin davam edəcəyini bildirib. Makron “Fransa PKK/YPG terror təşkilatını tərk etməyəcək” sözü verib. O eləcə də PKK/YPG terrorçularını “azadlıq döyüşçüləri” adlandırıb.
Suriyadakı keçid prosesinə “azad, suveren və nüfuzlu” bir dövlət qurmaq məqsədi ilə dəstək verəcəklərini dilə gətirən Makron dəstəyin “uzun müddətdə” davam edəcəyini bildirib. O həmçinin qeyd edib ki, Avropanın Suriyada qurulan yeni hökumətə baxışı “sadəlövhcəsinə” olmamalıdır.
Makronun diqqətçəkən açıqlaması ilə yanaşı, Fransanın xarici işlər naziri Jan Noel Barrot da Dəməşqə səfəri zamanı verdiyi açıqlamada "Qərbin müttəfiqi olan kürdlər üçün siyasi həll yolu tapılmalıdır. Suriyanın şimalında sabitlik təmin edilməlidir” deyib. Terror təşkilatı PKK/YPG-nin sözdə lideri olduğu iddia edilən Mazlum Kobani ilə də telefon danışığı aparan Barrot, "Suriyada terrorun və həddindən artıq şiddətin davam etməsinə icazə verilməməlidir. Biz kürdlərlə birlikdə terrora qarşı mübarizə apardıq" deyə bildirib.
18 Yanvar 17:50
1 113
18 Yanvar 17:49
1 204
18 Yanvar 15:45
1 246