Polşada hərbçilərə səmadakı kənar obyektləri vurmaq icazəsi verilib
Azərbaycan Hava Yollarının Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub
Zərdabda yol qəzasında ağır xəsarət alan qadın xəstəxanada ölüb
Elm və təhsil naziri: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar
Emin Əmrullayev: Uşaqların adının məktəbdə, özlərinin repetitor yanında olması səhvdir
11 Yanvar 2025 18:56
2 653
Bu gün bir çox ölkə Gürcüstana qarşı münasibətdə ikili standartlar tətbiq edir.
Xalqcebhesi.az xəbər verir ki, bunu Macarıstan televiziyasına müsahibəsində Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib.
“Gürcüstanda baş verən hadisələri qiymətləndirəndə və ya Gürcüstan və digər ölkələrin siyasətini müqayisə edən zaman ikili standartlarla üzləşirik. Nəticə çox aydındır. İki milyondan çox gürcü seçkilərdə iştirak edib və onların 1,2 milyona yaxını Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasına səs verib. Bu hökumətə gürcü cəmiyyəti tərəfindən çox güclü dəstək var. Son seçkinin nəticələrini şübhə altına almaq üçün real əsas yoxdur. Heç kim vəziyyətin necə gərginləşdiyini və buna kimin töhfə verdiyini görmək istəmir. Biz tez-tez cari hadisələrlə bağlı birtərəfli qiymətləndirmələrə rast gəlirik ki, bu da Gürcüstanda və ölkədə gedən proseslər haqqında yanlış təsəvvür yaradır”, - nazir qeyd edib.