Rusiyanın Domodedovo və Jukovski hava limanlarında məhdudiyyətlər tətbiq edilib
Azərbaycan parataekvondoçusu dünya reytinq cədvəlinə başçılıq edir
Masazır dairəsindən paytaxt istiqamətində avtobuslar üçün xüsusi hərəkət zolağı yaradılıb
Azərbaycanlı aşpaz dünya kulinariya çempionatında ilk üçlükdə yer aldı
Əkrəm İmamoğlu barəsində casusluq ittihamı ilə istintaq başladılıb
16 Yanvar 12:38
2 331
Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani canlı yayımda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və türk xalqına təşəkkür edərək Türkiyənin tarixin doğru tərəfində olduğunu vurğulayıb.
Xalqcəbhəsi.az Türkiyənin “ahaber.com.tr” saytına istinadən bildirir ki, Türkiyə ilə Suriya münasibətlərinin gələcəyini şərh edən Ə.H.Şeybani, “Türkiyə ilə Suriya arasındakı əlaqələr keyfiyyətli əlaqələr olacaq" deyib.
Həmçinin Türkiyənin təhlükəsizliyinin Suriyanın təhlükəsizliyi olduğunu deyən Şeybani terrora qarşı tez hərəkətə keçəcəklərini vurğulayaraq “Biz təhdidlərlə mübarizə aparmağa çalışırıq və müsbət nəticələr gözləyirik” deyə qeyd edib.