“Əsli-Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri
Baltik dənizində Litva ilə Latviya arasında optik kabel zədələnib
Kolumbiya Prezidenti ABŞ-a cavab verib: Məni tutsanız, xalqın qəzəbi ilə üzləşəcəksiniz
İsrail ordusu: Livanın cənubunda iki Hizbullah üzvü zərərsizləşdirilib
19 Yanvar 2025 21:51
2 408
12:53
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir öz vəzifəsindən istefa verib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Kan” radiostansiyası məlumat yayıb.
Məlumata görə, onun rəhbərlik etdiyi Yəhudi Gücü Partiyası Qəzzada girovların azad edilməsi və atəşkəs razılaşmasına etiraz olaraq Benyamin Netanyahunun hökumət koalisiyasını tərk edib.
Qeyd edək ki, Ben-Qvir İsrail hökumətinin girovların azad edilməsi və Qəzza zolağında atəşkəsin əldə edilməsi ilə bağlı razılaşmanı təsdiqləyəcəyi təqdirdə istefa verəcəyini demişdi.
***
İsraildə ifrat sağçı Yəhudi Gücü (Otzma Yehudit) Partiyasından daha iki nazir HƏMAS-la əldə olunan atəşkəs razılaşmasına etiraz olaraq istefa verib.
Məlumata görə, İsrailin irs naziri Amiçai Eliyahu və milli davamlılıq naziri Yitzhak Vasserlauf istefa ərizəsi yazıb.