Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
İraqda qəbilələr arasında toqquşmada 8 nəfər ölüb, 9 nəfər yaralanıb
11 Fevral 23:38
2 170.jpg)
Böyük Britaniya və ABŞ Parisdə keçirilən qlobal süni intellekt sammitində qəbul edilən beynəlxalq razılaşmanı imzalamayıb.
Xalqcebhesi.az xəbər verir ki, Fransa, Çin və Hindistan da daxil olmaqla, bir sıra ölkələrin imzaladığı bəyannamə süni intellektin inkişafında açıq, inklüziv və etik yanaşmanı dəstəkləməyi öhdəsinə götürür.
Böyük Britaniyanın Baş naziri Keyr Starmerin ofisi bildirib ki, ölkə bəyannamənin bütün maddələri ilə razılaşa bilməyib və yalnız Böyük Britaniyanın milli maraqlarına uyğun təşəbbüsləri dəstəkləyəcəyini qeyd edib. Lakin Britaniya hökuməti razılaşmanın hansı hissələri ilə razı olmadığını açıqlamayıb.
Bu arada, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vans Parisdə keçirilən sammitdə çıxışı zamanı süni intellektin həddindən artıq tənzimlənməsinin bu sahənin inkişafına mane ola biləcəyini deyib. O, Donald Tramp administrasiyasının süni intellektin potensialını tam şəkildə dəyərləndirəcəyini və iqtisadi inkişafa yönələn siyasətin prioritet olacağını vurğulayıb.
Vitse-prezident bildirib ki, süni intellektin inkişafı üçün boğucu məhdudiyyətlər deyil, irəliləyişə şərait yaradan qaydalar lazımdır. O, xüsusilə Avropa liderlərini bu texnologiyaya təhlükə kimi yox, inkişaf üçün yeni bir imkan kimi baxmağa çağırıb.
15 Noyabr 17:45
1 001
15 Noyabr 17:44
980
15 Noyabr 17:09
1 085