Baş nazirin müşaviri: Netanyahunun Kuşnerlə görüşü keçirilir
17 Avqust 16:06
17 Avqust 16:06
17 Avqust 15:33
17 Avqust 14:07
17 Avqust 13:08
17 Fevral 2025 13:09
3 668
Bütün hallarda kampaniyaçılığın tərəfdarı olmamışam. Qənaətimcə, bu gündə regionda və dünyada gedən proseslərə emosional deyil, strateji yanaşma, davamlı təhlil lazımdır. Biz oturub gözləməməliyik ki, ABŞ prezidenti Donald Tramp Putun Rusiyasını xilas edəcək və yaxud etməyəcək. Amerikanın bu, dövlət başçısından qeyri standart, dünyanın gündəmini dəyişəcək öz biznes maraqlarına uyğun addımlar gözləmək mümkündür.
Bunu "Xalq Cəbhəsi"nə siyasi şərhçi Əkrəm Bəydəmirli deyib.
O, qeyd edib ki, məhz belə məqamda hazırkı mürəkkəb dünyanın çox ciddi çağrışlarını bir daha təhlil edərək hədəflərimizi müəyyən etməliyik:
"Bu artıq reallıqdır ki, Rusiya Ukrayna ilə müharibədə strateji cəhətdən uduzub. Amma Tramp Rusiyanı öz maraqları naminə xilas edərsə, o zaman Şimal qonşumuzun öz qonşuları, xüsusilə, postsovet ölkələri ilə hədə dilində danışması labüddür. Bir ölkə ki, öz qardaş slavyan xalqına, ukraynalılara qarşı bu qədər divan tutur. Bütün bunlardan sonra Rusiyadan yaxşı qonşuluq, davamlı əməkdaşlıq gözləmək mümkünsüzdür. Ukrayna ilə ağır müharibə, dünyada gedən geosiyasi proseslər, tətbiq olunan ciddi sanksiyalar Rusiya siyasətində dəyişikliyə və yeni müsbət bir dönəmin başlanğıcına gətirib çıxaracağı şübhə doğurur. Biz bu şübhələrdən uzaq olmaq üçün məlum strateji hədəflərimizə doğru addımlarımızı sürətləndirməliyik. Və Azərbaycanın milli maraqları çərçivəsində Rusiya ilə əməkdaşlıq davam etməlidir. Amma, lakin bu əməkdaşlıq həmin ölkə ilə məsafə saxlamaq və üfüqi əlaqələrin dərinləşməsi şərti ilə mümkün ola bilər. Onu da qeyd edim ki, öz suverenleyini, ərazi bütövlüyünü qoruyaraq, inkişaf etməsi üçün Azərbaycanın yetərincə potensialı mövcuddur".
Cavid
17 Avqust 20:41
616
17 Avqust 19:35
658
17 Avqust 17:22
756