Bakıda saxta aksiz markalı alkoqollu içkilər istehsal edən obyekt aşkarlanıb
“Şahinlərin Görüşü-2026” təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib - VİDEO
Müasir Azərbaycanın enerji siyasəti: milli enerji təhlükəsizliyindən qlobal enerji tərəfdaşlığına
Ermənistan Rusiyadan gələn pul köçürmələrinin yarısından çoxunu itirə bilər
22 Fevral 2025 18:46
3 241
İran Prezidenti Məsud Pezeşkian Hizbullahın keçmiş baş katibi Həsən Nəsrullahın dəfn mərasiminə dəvət almayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu haqda "Entekhab" nəşri məlumat yayıb.
Bildirilir ki, mərasimdə İran parlamentinin sədri Məhəmməd Bagir Qalibaf iştirak edəcək.
"O, şəxsi təşəbbüsündən sonra Livan parlamentinin sədri Nəbih Beri tərəfindən dəvət olunub", - məlumatda qeyd olunub.
Qeyd edək ki, 2024-cü il sentyabrın 27-də Beyrutun cənubunda İsrailin hava hücumu zamanı öldürülən Həsən Nəsrullah fevralın 23-də Livan paytaxtında dəfn olunacaq.