“ABŞ dominant, Rusiya güclü”
26 Dekabr 21:04
26 Dekabr 21:04
26 Dekabr 20:22
26 Dekabr 19:20
26 Dekabr 19:03
17 Mart 08:12
2 772
Səudiyyə Ərəbistanında əcnəbilər də daxil olmaqla 50-dən çox adam “əxlaqsız hərəkətlər”də şübhəli bilinərək saxlanılıb.
Bu barədə Financial Times yazır.
Qəzetin yazdığına görə, saxlanılanlar fahişəlik və dilənçilikdə ittiham olunurlar. “Onlarla əcnəbi masaj salonlarında “əxlaqsız hərəkətlərə” və qadınları və uşaqları küçə dilənçisi kimi işləməyə məcbur etdiklərinə görə həbs edilib” (RBC-yə istinadən).
Nəşr qeyd edir ki, krallıqda müvafiq qanun 2019-cu ildə qüvvəyə minib, lakin “əxlaqsız hərəkətlərlə” mübarizə aparan orqan bu yaxınlarda yaradılıb. Belə ki, ötən ay Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi “fərdi hüquqları pozan” və “insan ləyaqətini pozan” cinayətlərdən ibarət xüsusi bölmənin işi barədə məlumat verib.
Məqalə müəlliflərinin fikrincə, Səudiyyə Ərəbistanı 2034-cü ildə Dünya Çempionatına ev sahibliyi etməyə hazırlaşarkən “yaxın illərdə ciddi nəzarət altında olacaq” və hazırda xarici sərmayələri cəlb etmək üçün yollar axtarır. Təhlilçilər iddia edirlər ki, nəzarətin artırılması hakimiyyətin “insan haqları qrupları və Qərb güclərinin tənqidindən yayınmaq cəhdidir.
Cavid
26 Dekabr 18:00
1 246
26 Dekabr 17:39
1 232
26 Dekabr 16:24
1 225