

19 Avqust 19:07
19 Avqust 18:59
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Tehran Universitetinin təqaüddə olan siyasi elmlər üzrə professoru Əhməd Nəqibzadə “Euronews”un İran xidmətinə verdiyi müsahibədə İran İslam Respublikasının “SSRİ modeli”nə bənzər şəkildə dağılacağına dair ehtimallar irəli sürüb.
Bu barədə “Araz News” xəbər yayıb.
Əhməd Nəqibzadənin fikrincə, Qərb, xüsusilə, ABŞ və İsrail böyük və klassik bir müharibəyə girmək əvəzinə mərhələli, ağıllı və hədəfli bir strategiya izləyir:
“Bu strategiyanın məqsədi ölkəni tamamilə məhv etmək deyil, əsas qərarvericiləri təsirsiz hala gətirmək, rejimin strateji infrastrukturunu zəiflətmək və İran İslam Respublikasını elə bir çıxılmaz vəziyyətə salmaqdır ki, klassik müharibə olmadan süquta uğrasın, Sovet İttifaqında olduğu kimi”.
Nəqibzadə İslam Respublikasını açıq şəkildə Sovet İttifaqına bənzədir.
"Mən əvvəllər də demişəm ki, İran İslam Respublikasının dağılması Sovet İttifaqına bənzər şəkildə ola bilər. O vaxtdan bəri onlar daim “Ayətullah Qorbaçov”u axtarmaqdadırlar…” - deyə, o, bildirib.
Cavid