Böyük Britaniya ilə müxtəlif iqtisadi sahələrdə birgə fəaliyyətin təşviqi müzakirə edilib
Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib
Biznesin İnkişafı Fondu ASC-yə çevrilib, nizamnaməsi təsdiq edilib
Orta müddətli dövrdə dövlət mülkiyyətində saxlanılacaq müəssisələrin siyahısı dəyişib
“Yüksəliş” müsabiqəsinin 2026-cı ildə keçirilməsinə bir milyon manat ayrılıb
7 Aprel 07:48
1 694
Demək olar ki, bütün respublikaçılar Ağ Evin hazırkı sahibi Donald Trampın qərarlarını bəyənirlər. Demokratlar isə əksinə, prezidentin hərəkətlərindən narazıdırlar.
“The Wall Street Journal” (WSJ) sorğunun nəticələrinə istinadən yazır ki, onlar xüsusilə idxal mallarına rüsumların tətbiqini pisləyiblər.
Qeyd olunur ki, ABŞ-ın Respublikaçı və Demokrat partiyalarının tərəfdarlarının Trampın siyasətinə münasibəti o qədər fərqlidir ki, biz artıq uçurumdan danışırıq. Tramp tərəfdarları Ukraynaya maliyyə yardımı edilməsinə qarşıdırlar. Respublikaçıların təxminən 80 faizi silahlı münaqişələrə pul xərcləmək istəmir.
Həmçinin, respondentlərin çoxu ABŞ-ın Şimali Atlantika Alyansına xərclərini əsassız adlandırıb və NATO-nun maliyyələşdirilməsini dayandırmaqda israrlıdır.
Tariflər mövzusunda isə respublikaçıların 77 faizi Trampın qərarını dəstəkləyib. Demokratlar isə tariflərin ABŞ üçün mənfi nəticələri olacağını bildiriblər.
Cavid