“Azərbaycanın AQEM sədrliyi ölkənin beynəlxalq nüfuzunu artıran mərhələ oldu”
Lukaşenko: "Ukraynada sülh bağlanmasa, gələn il şərtlər pisləşəcək"
Belarus ikinci atom elektrik stansiyasının tikintisini nəzərdən keçirir
Azərbaycanın Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb
Azərbaycan-Şri-Lanka münasibətlərinin gələcək inkişaf perspektivləri müzakirə edilib
7 Aprel 2025 18:41
2 856
Qəzzadakı Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail ordusunun Qəzzada həyata keçirdiyi şiddətli hücumların nəticələri ilə bağlı məlumat verilib.
Xalqcebhesi.az “Anadolu” Xəbər Agentliyinə istinadən xəbər verir ki, İsrailin martın 18-dən bu yana həyata keçirdiyi hücumlarda 505 uşağın həyatını itirdiyi, 1249 uşağın isə yaralandığı bildirilib.
Açıqlamada həmçinin İsrailin hücumlarında 271 qadın və 86 qocanın həyatını itirdiyi deyilib.
Qeyd edək ki, İsrailin 18 martdan bu yana Qəzzaya təşkil etdiyi hücumlarda 1391, 2023-cü ilin oktyabrın 7-dən isə 50 min 752 nəfər ölüb.