Baş nazirin müşaviri: Netanyahunun Kuşnerlə görüşü keçirilir
17 Avqust 16:06
17 Avqust 16:06
17 Avqust 15:33
17 Avqust 14:07
17 Avqust 13:08
17 Aprel 2025 09:42
2 653
Yaponiya xarici gəmilərin Cənubi Kuril adalarından keçməsinə icazənin dayandırılmasına görə Rusiyaya etiraz edib.
RİA Novosti agentliyinin verdiyi məlumata görə, bu barədə Yaponiya hökumətinin baş katibi Yosimasa Hayaşi bildirib.
Hayaşinin sözlərinə görə, bir gün əvvəl Rusiya hakimiyyəti Tokionu Kuril adaları yaxınlığındakı sularda xarici gəmilərin keçid hüququnun müvəqqəti dayandırılması barədə xəbərdar edib.
“Bununla əlaqədar aprelin 16-da diplomatik kanallar vasitəsilə Rusiya tərəfinə etiraz göndərilib”.
Yaponiya hökumətinin baş katibi bildirib ki, Rusiya hakimiyyətinin gördüyü tədbirlər Tokionun Kuril adaları ilə bağlı mövqeyinə “ziddiyyət təşkil edir”.
Xatırladaq ki, Moskva və Tokio arasında İkinci Dünya Müharibəsindən sonra sülh sazişinin inkişafına əsas maneə olan Cənubi Kuril adalarının taleyi ilə bağlı münaqişə yaranıb.
Cavid
17 Avqust 20:41
721
17 Avqust 19:35
756
17 Avqust 17:22
861