

22 İyul 17:05
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
ABŞ Zaporojjya Atom Elektrik Stansiyasının (ZNPP) ətrafındakı əraziyə nəzarəti ələ keçirə bilər.
Mənbələr The Wall Street Journal-a Vaşinqtonun planları barədə məlumat veriblər.
Nəşr Vaşinqtonun Zaporojjya AES-in ətrafındakı hansı əraziləri neytral elan etməyi təklif etdiyini göstərmir.
WSJ nəşri, həmçinin Amerika administrasiyasının belə bir təklifi həyata keçiriləcəyi təqdirdə stansiyanı kimin idarə etməli olduğunu da demir.
Xatırladaq ki, Zaporojjya AES Zaporojjya vilayətinin Enerqodar şəhəri yaxınlığında yerləşir. Bu, Avropanın ən böyük atom elektrik stansiyasıdır. Obyekt 2022-ci ilin fevral ayının sonunda Rusiyanın nəzarətinə keçib.
Ukrayna hərbçiləri pilotsuz uçuş aparatları, ağır artilleriya və çoxsaylı buraxılış raket sistemlərindən istifadə etməklə stansiyanın ərazisini mütəmadi olaraq atəşə tutur.
Cavid