Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
24 Aprel 12:34
1 890
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş iqlim böhranına qarşı qlobal səviyyədə sürətli və təsirli addımların atılması lazım olduğunu ifadə edərək, "İtirəcək vaxtımız yoxdur" deyib.
Xalqcəbhəsi.az-ın “Demirören” Xəbər Agentliyinə istinadən məlumatına görə, A.Quterreş BMT binasında keçirilən yüksək səviyyəli iqlim görüşündən sonra açıqlama verib: “Heç bir bölgə sürətlənən iqlim fəlakətlərinin dağıntılarından qurtula bilmir. Böhran dərinləşdirir, topluluqları yerindən edir, münaqişə və qeyri-sabitliyi artırır. Biz iqlim fəaliyyətindən imtina edə bilmərik, etməməliyik və etməyəcəyik”.
Bərpa olunan enerjiyə diqqət çəkən Baş katib noyabrda Braziliyada keçiriləcək COP30 Sammitində 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələr üçün 1,3 trilyon dollarlıq illik maliyyənin necə təmin ediləcəyi ilə bağlı konkret yol xəritəsinin təqdim edilməsinin gözlənildiyini dilə gətirib.
İclasda Çin, Avropa İttifaqı (Aİ) və iqlimdən təsirlənən müxtəlif ölkələrin liderləri, həmçinin Afrika İttifaqı, ASEAN və Kiçik Ada Dövlətləri Alyansı kimi regional təşkilatların nümayəndələri iştirak ediblər.
25 Oktyabr 17:37
945
25 Oktyabr 17:20
1 029
25 Oktyabr 17:19
1 057