"Apple" "iPhone" 17 seriyasının qiymətini qaldıracaq Dünya

"Apple" "iPhone" 17 seriyasının qiymətini qaldıracaq

WSJ: Apple iPhone 17 seriyasında qiymətləri qaldıracaq, lakin yeni xüsusiyyətləri ilə kompensasiya edəcək

Apple şirkəti bu payızda buraxılması gözlənilən növbəti iPhone 17 smartfonlarının qiymətlərini artırmağı düşünür. Apple bu qərarı prezident Donald Trampın Çinlə ticarət tarifləri ilə bağlı xərcləri kompensasiya etmək əvəzinə, yeni funksiyalar və böyük dizayn dəyişikliyi üçün qiymət kimi qəbul etməyə ümid edir.

Xalqcebhesi.az xəbər verir ki, Reuters bu barədə Wall Street Journal-a (WSJ) istinadən xəbər verir.
WSJ-nin mənbələri qeyd edib ki, şirkət qiymət artımının Amerikanın əksər Apple cihazlarının yığıldığı Çindən gələn mallara tətbiq etdiyi tariflərin birbaşa nəticəsi kimi qəbul oluna biləcəyi istənilən vəziyyətdən qaçmaq niyyətindədir.
Şirkətin planları və digər korporativ xəbərlər haqqında məlumatların fonunda Apple səhmləri bazar ertəsi (12 may) premarket ticarətində 7% artıb.
Apple, mümkün qiymət artımları və yeni funksiyalar üçün planlar haqqında Reuters-in şərh sorğusuna dərhal cavab vermədi.
iPhone 17 seriyasının premyerası 2025-ci ilin sentyabrında gözlənilir. O vaxta qədər Apple smartfonların qiymətini qaldırmaq qərarını dəyişə bilər, çünki ABŞ və Çin artıq iki ölkə arasında ticarət müharibəsini soyudacaq kompromislər axtarmağa başlayıblar.

Məryəm