Mərkəzi Bank pul siyasətində süni intellektdən istifadəni genişləndirməyi planlaşdırır
BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib
MN: Azərbaycan-BƏƏ müştərək taktiki-uçuş təlimində tapşırıqlar uğurla icra olunur
Ramiz Mehdiyev YAP-dan çıxarılıb, təltiflərindən məhrum edilməsi təklif olunub - YENİLƏNİB-3
12 May 2025 17:38
13 377
Politico: Tramp prezident olduqdan sonra ABŞ populyarlığını itirməyə başlayır.
ABŞ bu ölkənin hazırkı prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra dünyada populyarlığını itirməyə başlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Politico” qəzeti cari il üçün Demokratiya Qavrama İndeksinə (DPI) istinadən yazır.
Məqalədə deyilir: “Respondentlərin əksəriyyəti Birləşmiş Ştatlara ümumiyyətlə mənfi münasibət bəsləyir, bu, 2024-cü illə müqayisədə [reputasiyanın] kəskin azalması deməkdir”.
Jurnalistlərin məlumatına görə, tədqiqatda 100 ölkədən 110 mindən çox insan iştirak edib. Respondentlərə demokratiya və müxtəlif geosiyasi hadisələr haqqında təsəvvürləri ilə bağlı suallar verilib.
Nəticədə analitiklər müəyyən ediblər ki, ABŞ-ın populyarlığı ən çox Avropa İttifaqına üzv ölkələrin sakinləri arasında azalıb. Vəziyyəti şərh edən NATO-nun keçmiş baş katibi və sorğunun müəlliflərindən biri Anders Foq Rasmussen etiraf edib ki, ABŞ-ın nüfuzunun bu qədər kəskin şəkildə aşağı düşməsi onu təəccübləndirməyib.
Eyni zamanda, Çin araşdırmada ilk dəfə olaraq dünyada populyarlıq baxımından ABŞ-ı geridə qoyub. Analitiklər Rusiyanın nüfuzunun tədricən artdığını da qeyd ediblər.
Bundan əlavə, DPİ ayrı-ayrı siyasətçilərin populyarlığını nəzərə alıb. Respondentlərin yalnız 27%-i Amerika liderinin fəaliyyətini müsbət qiymətləndirib. Çin prezidenti Si Cinpin və Rusiya prezidenti Vladimir Putin öz növbəsində hər biri 32% müsbət qiymət alıblar.
Məryəm