

Ukrayna müharibənin 1175-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
"Xalq Cəbhəsi" Ukrayna Baş Qərargahının yaydığı məlumata istinadən xəbər verir ki, Rusiya indiyə qədər 968 130 hərbçi, 10 802 ədəd tank, 22 487 ədəd zirehli döyüş maşını, 27 780 ədəd artilleriya sistemi, 1 381 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 162 hava hücumundan müdafiə sistemi, 372 ədəd hərbi təyyarə, 335 ədəd helikopter, 48 256 ədəd avtomobil texnikası, 35 778 ədəd PUA, 3 197 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 884 xüsusi avadanlıq itirib.
Cavid