

V. Putinin paraddan sonra Ukrayna ilə danışıqlara başlamağa hazır olduğunu vurğulaması əsasən, Kremldə Çin prezidenti S.Cpinlə 7 saatlıq görüşünün nəticəsidir.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.
O, qeyd edib ki, yeddi saatlıq danışıqlardan ÇİN XİN yaydığı açıqlamada S.Spinin V. Putindən Ukrayna ilə bağlı ədalətli sülhün əldə edilməsi üçün danışıqlara başlamağı istədiyini qeyd etmişdir:
"Rusiya prezidentinin Ukrayna ilə bağlı mövqeyinin dəyişməsində Çinin rolu əhəmiyyətli şəkildə təsir edib. Yeddi saatlıq görüş Rusiya -Ukrayna müharibəsi və onun detalları kifayət qədər müzakirə olunub. Artıq Çin müharibənin davam etdirilməsində maraqlı deyil. Çünki mart və aprel aylarında ABŞ və Rusiya arasında aparılan danışıqlarda Çin Ukrayna ilə bağlı praqmatik açıqlama vermişdi.
Görünür, Çin sədri V. Putinin bu müharibədə Qərb qarşısında qalib gəlməyəcəyini, proseslər inkişaf etdikcə Çinin də Rusiya görə sanksiyalara məruz qaldığını diqqətinə çatdırıb. Bunun müqabilində Çinin Rusiya ilə ticari və digər sahələrdə əməkdaşlığı aşağı salınacağını diqqətinə çatdırıb. Çinlə Rusiya arasında kifayət qədər neft -qaz sahəsi və hərbi -texniki əməkdaşlıq yüksək səviyyədədir. Çin əməkdaşlığı kəsərsə, Rusiya iqtisadiyyatı çökər.
Qeyd edim ki, ABŞ Çinə tətbiq etdiyi gömrük rüsumlarını əhəmiyyətli şəkildə azaldıb. Çin sədri və V. Putinlə görüşdən sonra bu qərarın verilməsi təsadüfi deyil. Görünür, D.Tramp Çin sədri ilə sövdələşmə əldə edib. Çin Rusiyaya təzyiq etməli və Vaşinqton tarifləri aşağı salmalıdır".
Cavid