

ABŞ Dövlət katibi Marko Rubio və digər yüksək vəzifəli məmurlar mayın 15-də Türkiyədə Ukrayna və Rusiya arasında planlaşdırılan sülh danışıqlarında iştirak edəcəklər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanında çıxışı zamanı deyib.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski İstanbulda baş tutacaq danışıqlarda iştirak edəcəyini bildirib. Rusiya nümayəndə heyətinə isə xarici işlər naziri Sergey Lavrov və Prezidentin köməkçisi Yuri Uşakov daxildir.
Bundan əlavə, ABŞ-ı danışıqlarda xüsusi nümayəndələr Stiven Uitkoff və Keyt Kelloq da təmsil edəcək.