
Trump: Atəşkəsə nail olmasam, məyus olacağam
15 Avqust 20:00
15 Avqust 20:00
15 Avqust 19:34
15 Avqust 18:34
15 Avqust 18:03
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Rusiya prezidenti Vladimir Putin İstanbulda Ukrayna ilə keçiriləcək danışıqlarda Rusiya tərəfini kimin təmsil edəcəyini müəyyən edib.
Nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edib. Onun tərkibinə xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin də daxil olub. Rusiya lideri Ukrayna ilə danışıqlar üçün ekspertlər qrupunu da müəyyənləşdirib
Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun izah etdiyi kimi, mayın 15-də Moskva və Kiyev arasında 2022-ci ilin yazında kəsilən danışıqlar yenidən başlayacaq, lakin Böyük Britaniyanın o vaxtkı baş naziri Boris Consonun təşəbbüsü ilə yarımçıq kəsilib. Rusiya nümayəndə heyəti İstanbulda həm texniki, həm də siyasi məsələləri müzakirə etməyi planlaşdırır.
Kiyevin demarşından əvvəl Rusiya nümayəndə heyətinə də Vladimir Medinski başçılıq edirdi. Xarici İşlər Nazirliyini nazir müavini Andrey Rudenko, Müdafiə Nazirliyini indi olduğu kimi Aleksandr Fomin, parlamenti isə Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski təmsil edib. Danışıqların ilk raundu Belarusda keçirildiyindən Rusiya nümayəndə heyətinin tərkibinə Rusiyanın bu ölkədəki səfiri Boris Qrızlov da daxildir.
Cavid