HƏMAS: İsrailin Qərb Sahilini ilhaq və məcburi köç planına hücum edir Dünya

HƏMAS: İsrailin Qərb Sahilini ilhaq və məcburi köç planına hücum edir

HƏMAS, Fələstin torpaqlarını qəsb edən israillilərin İsrail ordusunun himayəsi altında işğal altındakı İordan çayının şimal hissəsində davam edən hücumlarının İordan çayının qərb sahilini ilhaq etmək və fələstinliləri zorla köçürmək planının bir hissəsi olduğunu bildirib.
Xalqcebhesi.az xəbər verir ki, HƏMAS yazılı açıqlamada Fələstinin qaynaqlarının talan edildiyini və Fələstin torpaqlarının müsadirə edildiyini bildirib.
HƏMAS-ın bəyanatında Fələstin torpaqlarını qəsb edən israillilərin ordunun himayəsi altında hücumlarını davam etdirdiyi və bu hücumların Fələstin xalqının həyati qaynaqlarını talamaq və torpaqları ələ keçirmək, İordan çayının qərb sahilini ilhaq etmək və fələstinliləri didərgin salmaq planının bir hissəsi olduğu qeyd edilib.
İordan çayının qərb sahilinin bir çox bölgəsində davam edən buldozer və torpaq dağıdılmasının ekspansionist işğal layihəsi çərçivəsində təhlükəli eskalasiyanı əks etdirdiyi bildirilən bəyanatda Fələstin xalqını “müqavimətlərini artırmağa və işğalçıların hücumlarına müqavimət göstərməyə” çağırıb.
İsrailin Qəzza zolağına hücuma başladığı 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbslər, basqınlar və hücumlarda artım müşahidə olunur.
2023-cü il oktyabrın 7-dən bəri İordan çayının qərb sahili və Şərqi Qüdsdə Fələstin torpaqlarını qəsb edən İsrail əsgərləri və israillilərin hücumları nəticəsində 171-i uşaq olmaqla 962 fələstinli həyatını itirib.
Bu müddət ərzində 7000-dən çox fələstinli yaralanıb, 16400 nəfər isə həbs edilib.
Yanvarın 19-da Qəzzada atəşkəsin qüvvəyə minməsindən sonra İsrail ordusu 21 yanvar çərşənbə axşamı günü işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərinə və onun qaçqın düşərgəsinə “Dəmir divar” adı verilən hücuma başlayıb.
Bir neçə gün ərzində hücumlar genişlənərək Tülkərim və Tubaları və oradakı qaçqın düşərgələrini əhatə edir.
İsrail ordusu Cenin və Tülkərimdəki qaçqın düşərgələrini zəbt etməkdə davam edir.

Məryəm