

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Türkiyənin Diyarbakır bölgəsində Diyarbakır Respublika Baş Prokurorluğunun koordinasiyasında İl Təhlükəsizlik Müdirliyi Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi qrupları Ş.T.-nin rəhbərlik etdiyi silahlı mütəşəkkil cinayət qrupunun vilayət ərazisində "narkotik vasitələrin qanunsuz dövriyyəsi", "qəsdən adam öldürmə", "ağır quldurluq", "6136 saylı qanunu pozma", "qəsdən xəsarət yetirmə" və "sələmçilik" cinayətlərində iştirak etdiyini müəyyən edib.
Xalqcəbhəsi.az “Anadolu” Xəbər Agentliyinə istinadla bildirir ki, Diyarbəkir şəhər mərkəzi və Lice rayonunda, eləcə də İstanbul, Ankara, Antalya və Karabük şəhərlərində eyni vaxtda keçirilən əməliyyat tədbirləri nəticəsində 32 şübhəli saxlanılıb.
Polis bölməsindəki əməliyyatlardan sonra şübhəlilərdən 19-u həbs edilib, 13-ü isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.