
Siyarto: "Drujba" neft kəmərinin təmiri ən azı beş gün çəkəcək
22 Avqust 19:03
22 Avqust 19:03
22 Avqust 18:38
22 Avqust 18:25
22 Avqust 18:03
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Çili Prezidenti Qabriel Boric X sosial media platformasında verdiyi açıqlamada İsrail hökumətini Qəzzada etnik təmizləmə aparmaqda ittiham edib. Boric İsrailin humanitar yardımlara mane olduğunu, minlərlə uşağın ölüm təhlükəsi ilə üz-üzə qaldığını vurğulayıb.
O, açıqlamasında BMT-nin Qəzzaya humanitar yardım çağırışını paylaşaraq "İsrail hökuməti Qəzzada etnik təmizləmə aparır. Bu, o həddə çatıb ki, İsrail humanitar yardımın girməsinə icazə vermədiyi üçün yaxın saatlarda minlərlə uşaq ölə bilər" deyib.
Bu vəziyyətə səssiz qalanları da tənqid edən Boric, "Bunu həyata keçirən və buna göz yumanlar hərbi cinayətkardır, bu və ya digər şəkildə insanlıq tərəfindən mühakimə olunacaq" deyib.
O, Çilinin üzv olduğu bütün beynəlxalq platformalarda İsrailə təzyiq edildiyni diqqətə çatdırıb.
Çilinin Xarici İşlər Naziri Alberto van Klaveren də sosial mediada deyib: “İsrail qüvvələrinin Qəzzada dinc insanlara qarşı ciddi və təkrarlanan hücumlarını və humanitar yardımın qarşısını almasını pisləyirik". Klaveren beynəlxalq ictimaiyyətə “bu vəhşiliyi dayandırmaq üçün təcili hərəkətə keçin” deyə çağırış edib.