Tehran Trampın yeni nüvə obyekti ilə bağlı iddialarını hücum üçün bəhanə adlandırıb
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanır
22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Fəxri xiyaban ziyarət edilib - FOTO
Mərkəzi Elmi Kitabxanada Milli mətbuatın 151 illiyi münasibətilə tədbir keçirilib
25 May 2025 16:12
9 310
Elon Musk, X platformasında yaşanan giriş problemlərinə diqqət çəkərək sistemlərin gözlənilən ehtiyat funksiyasını yerinə yetirə bilmədiyini və əməliyyat baxımından ciddi yaxşılaşdırmalara ehtiyac olduğunu bildirib.
Xalqcebhesi.az xəbər verir ki, sosial media platforması X-in sahibi Elon Musk, yaranan problemlərlə bağlı açıqlama verib. Platformaya dair məlumatlar paylaşan bir hesab, “X-də kəsintilər yaşanır. Bu hal, X-in icarəyə götürdüyü Oregon ştatındakı məlumat mərkəzində baş verən yanğınla əlaqəli ola bilər” deyə paylaşım edib.
Musk bu paylaşıma cavab olaraq bildirib: “Yenidən 7/24 iş başındayam, konfrans otaqlarında, server otaqlarında və zavod sahələrində yatır və işləyirəm. X/xAI və Tesla-ya (üstəlik gələn həftə baş tutacaq Starship buraxılışı) tam diqqət yetirməliyəm, çünki kritik texnologiyalar dövriyyəyə girir. Bu həftə yaşanan X giriş problemlərinin də göstərdiyi kimi, böyük əməliyyat təkmilləşdirmələrinə ehtiyac var. Ehtiyat sistemlər işə düşməli idi, lakin bu baş vermədi.”
Məryəm Quliyeva