Ukrayna: Rusiyanın 7 raket və 472 PUA ilə etdiyi hücumda 12 nəfər ölüb Dünya

Ukrayna: Rusiyanın 7 raket və 472 PUA ilə etdiyi hücumda 12 nəfər ölüb

Rusiya ordusunun Ukraynaya 7 raket və 472 pilotsuz uçuş aparatı (PUA) ilə hücum etdiyi, azı 12 nəfərin həyatını itirdiyi və 60-dan çox insanın yaralandığı bildirilib.

Xalqcebhesi.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin verdiyi açıqlamaya görə, ruslar Ukraynanın müxtəlif bölgələrinə hava hücumları həyata keçiriblər.

Açıqlamada hücumlarda 3 ballistik və 4 qanadlı raketin istifadə edildiyi, bununla yanaşı Rusiyanın 472 PUA buraxdığı vurğulanıb.

Hava hücumundan müdafiə qüvvələrinin 3 raketi vurduğu, 385 PUA-nın isə məhv edildiyi və ya istiqamətinin dəyişdirilərək zərərsizləşdirildiyi bildirilib.

Açıqlamada həmçinin ölkənin bəzi bölgələrində hücum təhlükəsinin davam etdiyi qeyd olunub.

Məryəm Quliyeva