“Tramp dövründə hər an hərbi ssenari işə düşə bilər”
19 Yanvar 22:30
19 Yanvar 22:30
19 Yanvar 22:14
19 Yanvar 20:31
1 İyun 2025 19:56
2 394
Hindistanın şimal-şərqində yerləşən bir çox ştatda təsirli olan musson yağışları nəticəsində son 2 gün ərzində 30 nəfər həyatını itirib.
Xalqcebhesi.az Hindistanın NDTV kanalına istinadən xəbər verir ki, musson mövsümünün başlanması ilə birlikdə güclü yağışlar torpaq sürüşmələrinə və qəfil daşqınlara səbəb olaraq gündəlik həyatı çətinləşdirir.
Rəsmilər, ölkənin şimal-şərqindəki Assam, Arunachal Pradesh, Meghalaya, Manipur və Mizoram ştatlarında son 2 gündə 30 nəfərin öldüyünü açıqlayıblar.
Assam əyalətinin 12 bölgəsində ən az 60 min nəfərin hava şəraitindən mənfi təsirləndiyi, bəzi bölgələrdə "qırmızı" və "narıncı" kateqoriyalı xəbərdarlıqların verildiyi bildirilib.
Bundan əlavə, rəsmilər Assam və Arunachal Pradesh sərhədi yaxınlığında su səviyyəsi yüksələn bir çayda çətin vəziyyətdə qalan 14 nəfərin helikopterlə xilas edildiyini bildiriblər.
Hindistan Meteorologiya İdarəsi (IMD), qarşıdakı günlərdə bölgədə yağışların davam edəcəyi barədə xəbərdarlıq etmişdi.
Hər il iyun-sentyabr aylarında təsirli olan musson yağışları Hindistanda insan tələfatına və maddi zərərlərə səbəb olur.
Məryəm Quliyeva
19 Yanvar 22:00
952
19 Yanvar 19:47
1 120
19 Yanvar 17:29
1 162